***
16.10. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun qüvvələri 2 kəndi İŞİD terror təşkilatından azad edib. APA-nın “Hürriyet’ qəzetinə istinadən verdiyi məlumata görə, öncə Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice, daha sonra Kıvırcık kəndi İŞİD-dən təmizlənib. Son xəbərlərə əsasən daha 2 kənd terrorçulardan geri alınıb.
***
”Fırat Kalkanı” adlanan əməliyyatın məqsədi Celabrus bölgəsinin İŞİD yaraqlılarından təmizlənməsidir
Aqustun 24-ü saat 04:00 radələrində Türkiyə silahlı qüvvələri Celabrus bölgəsini İŞİD-dən təmizləmək məqsədilə Suriya ərazisində hərbi əməliyyatlara başlayıb.
“CNN Türk” yazır ki, Türkiyə tankları Suriya sərhəddini keçib və Azad Suriya ordusu da Kəklicə kəndinə çatmaq üzrədir.
“Fırat Kalkanı” adlanan əməliyyat zamanı 63 hədəfə 224 atəş açıldığı bildirilir.
Top atəşi ilə başlanan əməliyyata saat 06:08 radələrində “F-16” qırıcı təyyarələri ilə Fava Qüvvələri də qatılıb.