Türkiyə ordusu Suriyaya girdi

Əməliyyatda 572 türk hərbçisi, 100-dən çox tank və zirehli maşın, həmçinin aviasiya iştirak edib, bir hərbçi qeyri-döyüş şəraitində şəhid olub

Source:


Əməliyyatda 572 türk hərbçisi, 100-dən çox tank və zirehli maşın, həmçinin aviasiya iştirak edib, bir hərbçi qeyri-döyüş şəraitində şəhid olub

Türkiyə ordusu fevralın 22-ə keçən gecə “Süleyman şah” türbəsinin təhlükəsiziliyinin təmin edilməsi məqsədi ilə Türkiyə sərhədindən 37 km məsafədə olan Suriya ərazisinə daxil olub.

Türkiyə KİV-in məlumatına görə, əməliyyat gedişində Süleyman şahın balzamlanmış cənazəsi və bərpa tələb edən əmanətlərin olduğu məqbərəni qoruyan 40 türk hərbçisi Suriya ərazisində daha təhlükəsiz bir əraziyə köçürülüb.

Yeni ərazidə Türkiyə bayrağı qaldırılıb və ərazi türk ordusu tərəfindən qorunur.

Media yazır ki, əməliyyatda 572 türk hərbçisi, 100-dən çox tank və zirehli maşın, həmçinin aviasiya iştirak edib.

Əməliyyat zamanı bir hərbçi qeyri-döyüş şəraitində şəhid olub.

Türkiyə 2014-cü ilin sentyabrında İŞİD yaraqlıları Hələbdə bir neçə türk əsgərini əsir götürəndən sonra məqbərənin müdafiəsini gücləndirmişdi.

Osmanlı imperiyasının banisi sultan Osmanın atası I Süleymanın məqbərəsi türk anklavında yerləşir və 1921-ci il müqaviləsinə əsasən türk hərbçiləri tərəfindən qorunur. Buna qədər məqbərənin yeri iki dəfə dəyişdirilib.

Ana səhifəXəbərlərTürkiyə ordusu Suriyaya girdi