Türkiyə müxalifəti Ərdoğanın qələbəsini etiraf etdi

”Bizim rəqəmlərlə seçki qurumunun rəqəmləri eynidir”

Source:

Məhərrəm İncə
Məhərrəm İncə
Məhərrəm İncə
Məhərrəm İncə


”Bizim rəqəmlərlə seçki qurumunun rəqəmləri eynidir”

CHP-nin Türkiyədə prezident seçkilərində namizədi Məhərrəm İncə iyunun 25-də mətbuat konfransı keçirib.

Mətbuat konfransı başlamazdan öncə Məhərrəm İncə TRT-nin əməkdaşını zaldan çıxarıb və bunu seçki kampaniyası zamanı telekanalın onun keçirdiyi aksiyaları verməməsi ilə izah edib.

Məhərrəm İncə özünün və xanımının təhdid altında olması və “saraya getməyim” barədə sosial mediada yayılan xəbərləri təkzib edib.

15 milyon səs aldığını söyləyən Məhərrəm İncə hədəflərinin 15 milyonu 30 milyon etməkdir.

Deyib ki, indiki dövlət başçısı Ərdoğan 81 milyonun prezidenti olmalıdır:

“O, hamımızı qucaqlamalıdır. Məntəqələrdəki nümayəndələrimizin verdiyi rəqəmlərlə YSK-nın rəqəmləri eynidir, Ərdoğan səslərin çoxunu qazanıb. Mən seçimin nəticəsini qəbul edirəm. Bəli, səslərin oğurlanması baş verib, amma nəticəyə təsir etməyib”.

O, bəyan edib ki, nəticələrin açıqlanmasına qədər ədalətsiz bir seçki olub, seçki qana bulaşıb.

“Surucda və Ərzurumda yaşananlar bu seçkini qanın bulaşdığı bir seçki olaraq tarixə keçdiyini göstərir”.

Məhərrəm İncə CXP-nin yanlışlarının olduğunu söyləsə də, bu barədə danışmayacağını əlavə etdi.


Türkiyə Yüksək Seçki Qurumu

(YSQ) 24 iyun prezident və parlament seçkiləri haqda açıqlama yayıb.

YSQ səslərin 97,7 faizinin nəticəsinə görə, hazırkı dövlət başçısı, AKP-nin namizədi Rəcəb Teyyub Ərdoğanın 52,5 faiz, CHP-nin namizədi Məhərrəm İncənin 30,7 faiz, Xalqların Demokratik Partiyasının həbsdə olan sədri Səlahəddin Dəmirtaşın 8,4 faiz, İyi Partiyasının namizədi Meral Akşenərin 7,3 faiz, Səadət Partiyasının sədri Teməl Karamollaoğlunun 0, 9 % faiz səs topladığını bəyan edib.

Türkiyə Böyük Millət Məclisinə yarışda AKP 293, CHP 146, MHP 50, İyi Partiya 44, Demokratik Partiya 67 millət vəkili yeri qazanıb. YSQ parlamentdə təmsil olunmaq imkanı verən 10 faizlik səddi keçən partiyalar arasında Səadət partiyasının da olduğunu bildirib.

Rəsmi məlumata görə, səsvermədə 88 faiz seçici iştirak edib.

Ana səhifəXəbərlərTürkiyə müxalifəti Ərdoğanın qələbəsini etiraf etdi