Türkiyə Yüksək Seçki Qurumu Ərdoğanın liderlik etdini bildirib

Səslərin 97,7 faizi hesablanıb

Source:


Səslərin 97,7 faizi hesablanıb


Türkiyə Yüksək Seçki Qurumu

(YSQ)

24 iyun

prezident və parlament seçkiləri haqda açıqlama yayıb.

YSQ səslərin 97,7 faizinin nəticəsinə görə, hazırkı dövlət başçısı, AKP-nin namizədi Rəcəb Teyyub Ərdoğanın 52,5 faiz, CHP-nin namizədi Məhərrəm İncənin 30,7 faiz, Xalqların Demokratik Partiyasının həbsdə olan sədri Səlahəddin Dəmirtaşın 8,4 faiz, İyi Partiyasının namizədi Meral Akşenərin 7,3 faiz, Səadət Partiyasının sədri Teməl Karamollaoğlunun 0, 9 % faiz səs topladığını bəyan edib.

Türkiyə Böyük Millət Məclisinə yarışda AKP 293, CHP 146, MHP 50, İyi Partiya 44, Demokratik Partiya 67 millət vəkili yeri qazanıb. YSQ parlamentdə təmsil olunmaq imkanı verən 10 faizlik səddi keçən partiyalar arasında Səadət partiyasının da olduğunu bildirib.

Rəsmi məlumata görə, səsvermədə 88 faiz seçici iştirak edib.

Türkiyə qanunlarına görə, seçicilərin səsverməsi məcburidir. Seçkidə iştirak etməyən vətəndaşlar cərimələnirlər.

Ana səhifəXəbərlərTürkiyə Yüksək Seçki Qurumu Ərdoğanın liderlik etdini bildirib