Sənəd səs çoxluğu TBMM-də qəbul olunub
Türkiyə Böyük Millət Məclisi (TBMM) yanvarın 23-də İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyib.
Səsvermədə iştirak edən 346 deputatdan 287-i sənədin lehinə, 55 deputat əleyhinə, 4 nəfər bitərəf qalıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra 2022-ci il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmişdi.
Türkiyə isə İsveç və Finlandiyanın üzvlüyünə qarşı çıxırdı.
Rəsmi Ankara iddia edirdi ki, hər iki Skandinaviya ölkəsi Türkiyənin terrorla mübarizəsinə dəstək vermir, əksinə PKK-nın Suriyadakı qanadı YPG-yə kömək edir.
Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını açıq şəkildə bəyan edirdi.
2022-ci ilin iyunun 28-də Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.
2023-cü ilin martın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiyanın üzvlüyünə razılıq verdiyini açıqladı.
10 iyul 2023-cü ildə Ərdoğan, NATO-nun baş katibi Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson Litvanın paytaxtında keçirilən NATO sammitində görüşdülər və İsveçin üzvlüyünə də “yaşıl işıq” yandırıldı.
32 üzv dövləti olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu ildə yaranıb.
Təşkilatın Baş Qərargahı Belçikanın paytaxtı Brüsseldə, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Mons şəhərində yerləşir.
Təşkilatın üzvləri hər hansı xarici gücdən ola biləcək silahlı hücuma qarşı ortaq müdafiə həyata keçirir.
Türkiyə 1952-ci ildə Yunanıstanla birgə NATO-nun üzvü olub.