Türkiyə də növbədənkənar prezident seçkilərinə gedir?

”Bu, Bahçeli ilə Ərdoğanın sabahkı görüşündən sonra bəlli olacaq”

Source:




‘Bu, Bahçeli ilə Ərdoğanın sabahkı görüşündən sonra bəlli olacaq”

Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bahçeli partiyasının qrup toplantısında 26 avqustda prezident və parlament seçkilərinin keçirilməsinin vacibliyi haqda

bəyanat

verib.

Dövlət Bahçeli deyib ki, 26 avqust Malazgirt zəfəri gününə təsadüf edir. Həm prezident, həm də parlament seçkiləri türk və Türkiyə düşmənlərinə lazımi dərsin verilməsi üçün ən məqbul, ən ağıllı və demokratik yoldur.

Türkiyə prezidenti Receb Tayyib Ərdoğan Dövlət Bahçelinin təklifinə cavab olaraq onunla aprelin 18-də görüşəcəyini

söyləyib

.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Meydan TV-yə deyib ki, Dövlət Bahçelinin təklifi iki variantdan irəli gələ bilər. Birinci, Bahçeli hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi ilə razılaşdıraraq belə bir təkliflə çıxış edib. İkinci variantda təklif MHP liderinin özündən gəlir. Hər halda, görünür ki, MHP lideri səslərinin azalmasından narahatdır, çünki keçmiş partiyadaşı Akşenar İyi Partiyasını təsis etdi və çox fəal işləyir:

“Türkiyədə müəyyən kəsim hakim partiyanın iqtisadi siyasətindən narazıdır. Akşenara müəyyən rəğbət var. İyi Partiyasının liderinə rəğbətin artmaması üçün gələn ili gözləmədən, indi olan səsləri qorumaqla seçkilərə getmək istəyirlər.

Ancaq prezidentlə MHP liderinin aprelin 18-də keçiriləcək görüşdən sonra qərarın razılaşdırılmış, yoxsa özbaşına verildiyi məlum olacaq”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Siyasi icmalçı xatırlayır ki, Bahçeli 1999-cu ildə də oxşar qərar vermişdi. Deyir, o zaman Demokratik Sol, MHP və Ana Vətən Partiyasının qurduğu hökumət koalisiyası dağıldı:

“Onda Bahçeli seçkilərdə daha çox səs qazanacağını düşünürdü, amma nəinki səs qazandı, parlamentə belə düşə bilmədi. Yeni yaranan Ədalət və İnkişaf Partiyası isə seçkidə qələbə qazandı”.

Ana səhifəXəbərlərTürkiyə də növbədənkənar prezident seçkilərinə gedir?