Problemin serverdə olduğu bildirilir
Müstəqil media olan “Turan” İnformasiya Agentliyinin saytına giriş bloklanıb. Bu barədə agentlik özü sosial şəbəkə hesablarında açıqlama yayıb. Bildirib ki, artıq günlərdir saytlarına giriş mümkün deyil.
Problem Azərbaycanın hüdudlarından kənarda, “http://turan.az” hostinqinin yerləşdiyi serverdə baş verib:
“Serverin sahibi olan şirkət ən qısa zamanda qəzanın səbəblərinin aradan qaldırılacağını vəd edib”.
Azərbaycanda illərdir “Azadlıq” Radiosu, Meydan TV də daxil olmaqla, xeyli müstəqil medianın saytına giriş bloklanıb. Müstəqil media ilə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub, yaxud həbs ediliblər.