”Trampın İran bəyanatları neftin qiymətini artırır”

İlham Şaban: ”Son qiymət artımı Azərbaycanın kifayət qədər gəlirləri olduğunu göstərir”

Source:
Donald Tramp
Donald Tramp
Donald Tramp
Donald Tramp


İlham Şaban: ”Son qiymət artımı Azərbaycanın kifayət qədər gəlirləri olduğunu göstərir”

Mayın 7-də 1,4 faiz artaraq 76,15 dollar olan neftin qiyməti bugün enib.

Son məlumata əsasən ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar, ya 1,01% azalaraq 75,40 dollar olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin artmasını ABŞ prezidenti Donald Trampın İran bəyanatları ilə əlaqələndirir.

O, bu barədə Meydan TV-yə deyib ki, mayın 8-də günün ikinci yarısından neftin qiyməti yenidən qalxacaq.

“Sabah səhər, mayın 9-da 77 dollar ola bilər. Çünki “New York Times” qəzeti yazır ki, Tramp Bakı vaxtı ilə axşam saat 10-da İranla bağlı qərarını elan edəcək. Qəzet Amerikanın “Altılıq”dan çıxacağını və Vaşinqtonun maliyyə sanksiyaları tətbiq edəcəyini yazır. Artıq İran prezidenti Ruhani başda olmaqla Tehran rəsmilərin açıqlama veriblər ki, ABŞ bu addımı atsa böyük fəsadlar olacaq”.

İlham Şaban Vaşinqtonun bu addımı atacağını gözlənilən sayır:

“ABŞ-ın yeni dövlət katibi Pompeo Londona, Yaxın Şərqə və Brüsselə səfərləri İrana qarşı sanksiyaların gücləndirilməsi məqsədi daşıyır. İstənilən halda baş verənlər gərginliyə gətiritr və bu gərginlik neftin qiymətlərinin artımı ilə nəticələnir”.

İlham Şaban
İlham Şaban

O, neftin qiymətinin bir müddət artacağını, sonra şok effekti ilə enəcəyini və 70 dollar qədər ucuzlaşacağını düşünür:

“Amma bu qiymət də bazar qiymətindən çoxdur və şişirdilib. Neftin real qiyməti 65 dollar civarındadır, bundan çox olursa, siyasi amillərin təsirindən qaynaqlanır. Məsələn, 2017-ci ildə neftin 54 dollar idi, amma cari ilin 4 ayının yekunlarına görə orta qiymət 68 dollar olub. Son qiymət artımı Azərbaycanın kifayət qədər gəlirləri olduğunu göstərir”.

İran ilə beynəlxalq vasitəçilər olan “altılıq” arasında (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik nüvə probleminin nizamlanması ilə bağlı tarixi saziş imzalanıb və birgə hərtərəfli fəaliyyət planı qəbul olunub. Nəticədə BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı tərəfindən İrana qarşı əvvəllər tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyaları ləğv edilib. ABŞ isə sanksiyaları bir qədər yumşaldıb.

Ana səhifəXəbərlər”Trampın İran bəyanatları neftin qiymətini artırır”