Tramp İranla danışıqlara hazır olduğunu deyib

“Mən ilk prezident olduğum zaman İran son dərəcə düşmən ölkə idi,”- Britaniyaya səfərdə olan Tramp iyunun 5-də İTV telekanalına bildirib

Source:


ABŞ prezidentinin sözlərinə görə, ölkəsi hərbi əməliyyatlara da hazır olmalıdır

ABŞ prezidenti Donald Tramp İranla danışıqlara hazır olduğunu deyib. Əlavə edib ki, ölkəsi də Tehrana qarşı hər zaman hərbi əməliyyatlara hazır olmalıdır, – Azadlıq Radiosu xəbər verir.

"Mən ilk prezident olduğum zaman İran son dərəcə düşmən ölkə idi,"- Britaniyaya səfərdə olan Tramp iyunun 5-də İTV telekanalına bildirib: "Onlar həmin vaxt dünyada bir nömrəli terrorist millət idi və bəlkə də bu gün də bu, belə ola bilər".

İranla hərbi əməliyyatın lazım ola biləcəyini soruşan jurnalistə Tramp deyib ki, hər zaman şans var: "İstəyirəmmi? Xeyr, istəmərəm olsun, amma hər zaman bir şans var".

O, həmçinin deyib ki, İran prezidenti Rohani ilə danışmağa hazırdır: "Əlbəttə, çox danışmaq istərdim".

Trampın bəyanatı ərəfəsində İran və ABŞ, onun Farz körfəzindəki müttəfiqləri arasında gərginlik artıb.

Bir il əvvəl Vaşinqton dünya ölkələri ilə İran arasında imzalanan 2015-ci il nüvə razılaşmasından geri çəkilib. Müqaviləylə İran iqtisadi sanksiyalardan azad edilmə qarşılığında ölkənin nüvə proqramını məhdudlaşdırma öhdəliyini götürmüşdü.

Tramp razılaşmanın şərtlərinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün kifayət qədər dayanıqlı olmadığını və ölkənin raket proqramını əhatə etmədiyini iddia edir.

O vaxtdan etibarən Vaşinqton Tehrana qarşı sanksiyaları yenidən bərpa edib, retorikasını dəyişib və Yaxın Şərqdə hərbi mövcudluğunu qoruyur. Bunları edərkən Tramp İran "təhlükəsinin" canlı olduğunu qeyd edir.

İranın Ali Rəhbəri Ayətullah Əli Xameney iyunun 5-də deyib ki, Tramp danışıqlar təklifi ilə Tehranı "aldada" bilməyəcək və Tehran raket proqramından imtina etməyəcək.

"Bu siyasi oyun İran rəsmilərini və İran xalqını aldatmayacaq," Xameney İran televiziyasında çıxışı zamanı söyləyib.

Ana səhifəDünyaTramp İranla danışıqlara hazır olduğunu deyib