Tom de Wall: ”Atılmış addım Vaşinqtonu sakitləşdirmək məqsədi güdə bilər”

Aqramunt: “Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm.”

Source:


Aqramunt: “Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm.”

Beynəlxalq Sülh naminə Carnegie Fondunun (Carnegie Endowment for International Peace) böyük elmi işçisi Tom de Waal əfv fərmanını “müsbət” addım kimi dəyərləndirib.

“İki il əvvəl Azərbaycan hökuməti insan hüquqları müdafiəçilərinə qarşı təqiblərə başlayaraq çox sayda tanınmış hökumət tənqidçilərini məhbəsə atıb. Həbs olunanlardan bir neçəsi hazırda əfv olunub. İnsan haqları müdafiəçisi Rəsul Cəfərov əfv olunub və həbsdən azad olunan tanınmış jurnalist Rauf Mirqədirova şərti cəza verilib. Bunlar həqiqətən də müsbət addımlardır”, o BBC Azərbaycancaya müsahibəsində deyib.

Tom de Waal ehtimal edir ki, prezident İlham Əliyevin Vaşinqtondakı Nüvə Sammitinə səfərindən əvvəl və ABŞ konqresinin Azərbaycan rəsmilərinə qarşı viza məhdidiyyətlərilə bağlı qanunvericiliyin müzakirəsi ərəfəsində atılmış addım Washingtonu sakitləşdirmək məqsədini güdə bilər.

Eyni zamanda ekspert “yalnız hakimyyəti tənqid etməklərinə görə hələ də barmaqlıqlar arxasında qalan” adamları yaddan çıxarmamağa səsləyib.

Aqramunt
Aqramunt

P.Aqramuntun bu məsələ ilə bağlı bəyanatında deyilir: “Bu gün Azərbaycanda 148 nəfərin, o cümlədən, Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, eləcə də bir sıra siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa çıxması barədə yaxşı xəbər almışam”.

AŞPA prezidenti bir neçə gün əvvəl Azərbaycana səfəri və rəsmi şəxslərlə görüşlər zamanı bu məsələni müzakirə etdiklərini xatırladıb.

“Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm. 148 nəfərin azadlığa çıxması ilə nəticələnən bu böyük təşəbbüsü alqışlayıram”, – deyə bəyanatda qeyd olunub.

Ana səhifəXəbərlərTom de Wall: ”Atılmış addım Vaşinqtonu sakitləşdirmək məqsədi güdə bilər”