Ticarətçilərdən zorla orduya pul yığılır

Ən kiçik mağaza sahibi 50 manat ödəməlidir

Source:


Ən kiçik mağaza sahibi 50 manat ödəməlidir

Şəmkir və Tovuz rayonlarında çalışan ticarətçilər Silahlı Qüvvələrin Yardım Fonduna pul ödəməyə məcbur edilir. Meydan TV-yə bu barədə məlumatı mağaza sahiblərindən biri verib və ona təqdim olunan qəbzi göndərib.

Məlumata görə, ödənişlər mağazanın həcminə uyğun tələb olunur. Kiçik dükanlar 50, böyük mağazalar 100, supermarketlər 200 manat ödəməlidir.

Onsuz da alverin zəiflədiyini deyən ticarətçilər bu məcburiyyətdən narazıdılar: “Bəs deyirdilər qüdrətli dövlətik? Orduya az qala büdcənin yarısı ayrılır. Niyə məcburi ödəniş etməliyik? Bunu könüllü etsinlər, biz də gücümüz çatanı verək”.
Ötən ay müəllimlərin əmək haqlarının 1 faizinin həmin məqsədlə yığıldığı deyilir.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bunun könüllü ediıdiyini, təşəbbüskarların ayrı-ayrı təhsil kollektivlərinin olduğunu deyirdi. Ticarətçilər isə bunun kimin tərəfindən edildiyini bilmirlər, qəbzlərin icra hakimiyyətlərinin göstərişi ilə paylandığını deyirlər.
İş günü olmadığından sözügedən rayonların icra hakimiyyətləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ana səhifəXəbərlərTicarətçilərdən zorla orduya pul yığılır