Ötən ilin oktyabrın 4-də prezidentliyə namizəd Cəmil Həsənlinin Sabrabad görüşü zamanı bir qrup jurnalist təzyiqə məruz qalmışdı. Olaya rayon polis şöbəsinin reaksiyaya verməməsinə görə jurnalistlər məhkəmə iddiası qaldırdı. Nəzərə alaq ki, media nümayəndələrinə təzyiq edənlər arasında mülkü geyimli polislər də olub. Dünən məlum olub ki, martın 12-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia baxılacaq. İddiaya əsasən jurnalistlər pis rəftara məruz qaldıqlarını hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir və vurulan mənəvi zərərə görə cavabdehlərin hər biri 10.000 manat həcmində kompensasiya ödəməlidir.
İddiaçı qismində Tural Mustafayev, Cahangir Məmmədov, İlham Rəsulzadə, Etimad Budaqov, Ramin Cəbrayılzadə, Röya Rəfiyeva, Nərgiz Yaqublu, Sevinc Abbasova, Məhəmməd Muxammetqurbanov çıxış edirlər. İddiaçıların hüquqlarının müdafiəsini Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutu və Hüquq Maarifçiliyi Cəmiyyəti həyata keçirir.
Məhkəmədə onları İntiqam Əliyev və Ruslan Əliyev təmsil edəcəklər.