Terrorçulardan biri polisə təslim olub

Adının sosial şəbəkələrdə hallandırılmasını görən Həmid Murad könüllü olaraq polisə təslim olub

Source:


Adının sosial şəbəkələrdə hallandırılmasını görən Həmid Murad könüllü olaraq polisə təslim olub

Parisdə “Şarli Ebdo” jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinənlərdən biri polisə təslim olub.


APA

-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 18 yaşlı Həmid Muraddır.

Qeyd olunur ki, adının sosial şəbəkələrdə hallandırılmasını görən H.Murad könüllü olaraq polisə təslim olub.

Redaksiyaya hücum edərək 12 nəfəri qətlə yetirən ərəb mənşəli Fransa vətəndaşlarının adları artıq bəllidir. Bunlar Şərif və Səid Kuaşi qardaşları və Həmid Muraddı.

Yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Ana səhifəXəbərlərTerrorçulardan biri polisə təslim olub