”Tərəzinin gözünə qanun qoyulsun”

“10 May gül bayramı idi, ona görə iş günü deyildi. Yoldaşım dedi ki, gedirəm dostumla çay içəm. Getdi, həmin gündən etibarən üç gün gəlmədi. Şəklini götürüb polisə getdim. Orada mənə dedilər ki, yoldaşının üstündən iki kilo narkotik tapılıb və tutulub. Mən də dedim: Üstündə o qədər narkotika olubsa, bəlkə evində daha çox var, niyə gəlib axtarmamısınız? Heç olmasa xəbər vermiş olardınız”.

Bu sözləri həbs olunan Zaur Rabayevin həyat yoldaşı Arzu xanım deyir.

Zaur İsrail vətəndaşıdır, bu yaxınlarda da ailəsini götürüb öz ölkəsinə getməyi planlaşdırırmış. Həyat yoldaşının və qaynanası Atlası Nəbiyevanın sözlərinə görə, o, başqasının cəzasını çəkir və günahı onun üstünə qoymaq üçün hətta işgəncə də veriblər: “Yoldaşım özü mənə dedi, aparıb günahı boynuna götürənə qədər döyüblər, hətta təcili tibbi yardım gəlib, deyib: “xəstəxanaya aparmaq lazımdı”. Qoymayıblar. Həmin vaxt yaraları sağalmayınca, bizlə görüşdürmədilər”.

Arzu Rabayeva deyir ki, Kürdəxanıdakı saxlama təcridxanasına aparanda da ora qəbul etməyiblər ki, daha sonra bizə problem olacaq, ona görə polislər yazılı şəkildə döyülmə faktını qəbul edib. Həmin sənədlər məhkəmə işinə əlavə olunmuşdu.

“Yasamal prokurorluğuna gedəndə orada Rasim müəllimlə görüşdüm. O, mənə dedi ki, tərəzinin bir gözünə yoldaşını qoy, o biri gözünə mənim işçilərimi. Senin yoldaşın buraxılsa, gərək mənim işçilərim işdən çıxarılsın. Mən də dedim, tərəzinin gözünə qanunu qoyaram”.

Atlas Nəbiyeva soruşur ki, iki il iş uzanar: “Adam üç ay, altı ay “yatar”, sonra iş kəsilər. Zaurun gunahı yox idi deyə iş verməyə qorxurdular, fakt tapa bilmirdilər. Bu yazığı iki il aparıb-gətirdilər. Hakim Əlisultan Osmanov da bizə ümid verirdi ki, buraxılacaq, onun günahı yoxdu. Sonda on il hökm oxudu. Zaurun 9 yaşlı bir oğlu var. Bəs bu uşaq atasız necə edəcək?” “İki kilo narkotiki olan belə kasıb yaşamaz” – deyən Arzu prezident İlham Əliyevə müraciət edərək, onu haqsızlığa göz yummamağa səsləyir: “Üzümü prezident İlham Əliyevə, Zakir Qaralova, Ramil Usubova tutub deyirəm, əsl cinayətkar tapılsın, haqq yerini tutsun”.

Kanalımıza abunə ol –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Tərəzinin gözünə qanun qoyulsun”