Baş nazir ''Brexzit''i həyata keçirə bilmədiyi üçün təəssüfləndiyini bildirib
Böyük Britaniyanın Baş naziri Tereza Mey (Theresa May) iyunun 7-də “Mühafizəkarlar” partiyasının lideri postundan istefa verəcəyini bəyan edib.
Bu barədə “BBC” xəbər verir.
Tereza Mey Avropa İttifaqından ölkənin çıxmasını şərtləndirən “Brexzit”i reallaşdıqmaq üçün əlindən gələni etdiyini, lakin buna nail olmadığı üçün təəssüf etdiyini bildirib.
Tereza Mey deyib ki, “Mühafizəkarlar” partiyasının liderliyinə seçkilər keçirilənə qədər Baş nazir vəzifəsində qalacaq.
Baş nazir Tereza Mey uzun müddətdir “Brekzit” planına görə partiyasından olan millət vəkillərinin tənqidlərinə məruz qalır. Nümayəndələr Palatasının lideri Anrea Leadsom çərşənbə günü istefa verərək deyib ki, o, artıq “Brekzit”in reallaşacağına inanmır.
Tereza Mey cümə axşamı Daxili İşlər Naziri Səid Cavid (Sajid Javid) və Xarici İşlər Naziri Ceremi Hant (Jeremy Hunt) ilə görüşüb və tərəflər planla bağlı narahatlıqlarını bildiriblər.
Bəyanatında Tereza Mey deyib ki, “Brekzit”i reallaşdırmaq üçün onun xələfi parlamentdə ümumi razılığa nail olmalıdır.
“Belə bir konsensus yalnız bütün tərəflərin kompromisi ilə mümkündür”, Mey deyib.
“Leyboristlər” Partiyasının lideri Ceremi Korbin (Jeremy Corbyn) Tereza Meyin istefa etməkdə haqlı olduğunu deyib və əlavə edib ki, o, artıq ölkənin aylardır bildiyini qəbul edib.
“O, ölkəni idarə edə bilmir”, – Ceremi Korbin deyib.