Təqaüd yaşı artırılır

”Qərar yaxın 10 ildə pensiyaçıların sayını 10-12 faiz azaldacaq”

Source:


”Qərar yaxın 10 ildə pensiyaçıların sayını 10-12 faiz azaldacaq”

Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.

“Report” bunun “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əks olunduğunu yazıb. Layihənin 98 dəyişiklikdən ibarət olduğunu qeyd edib.

Pensiya yaşı kişilər üçün 2021-ci ilədək, qadınlar üçünsə 2027-ci ilədək hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı 65-ə çatacaq.

Layihə keçsə, 2017-ci il iyulun 1-də qəbul olunacaq. Sənəd Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilib. Qərara görə, kişilərin pensiya yaşı 2010-12-ci illərdə 62-dən – 63-ə, qadınların yaşı isə 57-dən – 60-a yüksəldildi.

İqtisadçı Rövşən Ağayev addımın nəticəsini verdiyini deyir. 2000-10-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-16-cı illərdə isə əksinə, hər il 10 min nəfər azalma oldu:

“Pensiya yaşının növbəti dəfə orta hesabla 2.5 il artımı yaxın 10 ildə yaşa görə pensiyaçıların sayını yenidən ən azı 10-12 faiz azaldacaq”.

Rövşən Ağayev foto sosial şəbəkə

İqtisadçı hökumətin pensiya yaşını davamalı olaraq artırdığını, amma insanların təqaüd hüququ ilə bağlı çox vacib mexanizmin illərdi tətbiq edilmədiyini söyləyir:

“Söhbət yığım pensiyasından gedir. 10 ildir insanların Sosial Fonda ödədiyi sığorta haqlarının cəmi 50 faizi onların sığorta hesabında qeydə alınır. Yerdə qalan hissənin yığım hesabında toplanması və pensiyaçıya (yaxud onun varislərinə) qaytarılması həll edilmir. Təsəvvür edin siz hər ay 100 manat sosial sığorta ödəyirsiniz, amma hökumət onun cəmi 50 manatını sizin adınıza qeydə alır. Təqaüdünüz məhz həmin 50 manat əsasında hesablanır”.

Ana səhifəXəbərlərTəqaüd yaşı artırılır