Televiziya rəhbəri həbs olundu

“Kanal 13”-ün Bakı bürosunun rəhbəri Əziz Orucov 2 mayda səhər işə gedərkən maşını saxladılıb və Nəsimi rayon Polis İdarəsinə gətirilib. Gecə saatlarında onun Nəsimi rayon Məhkəməsinə aparıldığı məlum olub. Ə.Orucovun vəkili Elçin Sadıqov bildirib ki, jurnalist İnzibari Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, 30 sutka azadlıqdan məhrum edilib. Amma o, özünü bu maddə ilə təqsirli bilmir. Vəkil Ə.Orucovun jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

“Kanal 13” internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.

“Kanal 13” saytında bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatlarının nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Ana səhifəVideoTeleviziya rəhbəri həbs olundu