Tələbələrin təqaüdü gecikdirilir

Texniki Universitetin tələbələri iki aydır təqaüdlərini ala bilmirlər

Source:

foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Texniki Universitetin tələbələri iki aydır təqaüdlərini ala bilmirlər

Dövlət Texniki Universitetinin tələbələri oktyabr və noyabr aylarının təqaüdünü ala bilməyiblər. Onlar bu barədə Meydan TV-yə ünvanladıqları müraciətdə yazıblar.

“Biz Azərbaycan Texniki Universitetində dövlət sifarişi əsasında oxuyuruq. Bizə normalda hər ay təqaüd verilir. Ancaq oktyabr və noyabr aylarının təqaüdünü nədənsə vermirlər. Səbəbini isə açıqlamırlar. Əksəriyyətimiz rayondan gəlmişik, kirayə yaşayırıq. Belə olmaz axı”.

Dövlət Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev həqiqətən də tələbələrin 2 aydır təqaüd ala bilmədiyini, yazdıqlarının doğru olduğunu təsdiqlədi:

“Təqaüd ala bilməmələri doğrudur. Ancaq onların şikayətinin sırf universitetdən olması doğru deyil. Çünki ölkədə müəllimlərin, həkimlərin maaşı, tələbələrin təqaüdü və s. işinə dövlət büdcəsi baxır. Buna universitet neyləsin? Büdcədən nə zaman pul köçürüləcəksə, tələbələr də o zaman təqaüdlərini alacaqlar”.

Ana səhifəXəbərlərTələbələrin təqaüdü gecikdirilir