İntihar edən Ağalar Ağalarlı Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub
İyunun 28-də səhər saatlarında Bakının Səbail rayonunda tələbə oğlanın asılmış meyiti tapılıb.
Səbail rayon Prokurorluğunun mstəntiqi Vüsal Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə xəbər tutan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yollanıblar.
Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında şam ağacından asılan 1996-cı il təvəllüdlü, Yevlax rayon sakini Ağalar Əflatun oğlu Ağalarlıdır. Meyit müayinə olunub və intihar etdiyi məlum olub.
Hələlik intiharın səbəbləri və onun nə səbəbdən özünü öldürə biləcəyi barədə ehtimal yoxdur. Çünki meyitin üzərindən telefondan başqa heç nə tapılmayıb.
Fakta bağl cinayət işi başlanıb, istintaq gedir.
İntihar edən şəxs Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.