Təkcə bir ailə İslam Oyunlarından 675 min manat mükafat alacaq

“150 min manat mükafat qazanmış idmançının məşqçiləri onun valideynləridir”

Source:
Ruslan Lunyov
Ruslan Lunyov


“150 min manat mükafat qazanmış idmançının məşqçiləri onun valideynləridir”

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl medal qazanıb. Lent.az yazır ki, o, 25 metr məsafədən standart tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma və eyni məsafədən sürətli atəş açma yarışlarında hamıdan güclü olub. Əldə etdiyi hər bir qızıl medala görə dövlət tərəfindən müəyyən edilmiş 150 min manat pul mükafatı alacaq.

Xəbərə görə, 150 min manat mükafat qazanmış idmançının məşqçiləri onun valideynləridir. Məşqçilər övladlarının nailiyyətinə görə ümumilikdə 225 min manat alacaqlar.

R.Lunyov və ailəsinin mükafat məbləğini artırmaq şansı da var. Çünki qarşıdakı günlərdə komanda halında da atıcılıq yarışları keçiriləcək və Ruslan bu yarışlarda da iştirak edəcək.

R.Lunyov Azərbaycanın tanınmış idmançısı İradə Aşumovanın oğludur. Anası yığmanın baş məşqçisi, atası Vladimir Lunyov isə onun şəxsi məşqçisidir.

Ana səhifəXəbərlərTəkcə bir ailə İslam Oyunlarından 675 min manat mükafat alacaq