Təcili yardıma aid olmayan çağırışlar pullu olacaq

“Gün ərzində təcili yardıma daxil olan 2 min müraciətin cəmi 40 faizi bizə aid olur”

Source:
Təcili yardım
Təcili yardım


“Gün ərzində təcili yardıma daxil olan 2 min müraciətin cəmi 40 faizi bizə aid olur”

Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq. Bu barədə fins.az-a məlumat verən Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.

Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymayacaq:

“Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər informasiyalar toplanacaq. Həmin məlumatlar əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək”.


Təcili Tibbi yardım ödənişli olacaq

R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. “Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancaq 40 faizi bizə aiddir. 60 faizində isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində poliklinikaya və xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.

Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: “İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.

Ana səhifəXəbərlərTəcili yardıma aid olmayan çağırışlar pullu olacaq