20 etirazçının saxlandığı bildirilir
“Tarhe no” qəzetində dərc edilən bir yazıda türklər və qadınların aşağılanmasına etiraz olaraq İran Azərbaycanın ən böyük iki şəhəri Təbriz və Urmiyədə iyulun 26-da aksiya təşkil edən yüzlərlə vətəndaş polisin sərt müdaxiləsi ilə dağıdıldığı bildirilir.İnsan haqlarına dair məlumat yayan internet portalları o cümlədən, Oyan News və HRA agentliyinin verdiyi xəbərə görə, iki şəhərdə təqribən 20 etirazçı nəzarət altına alıb.
Məlumatı “Amerikanın səsi” yayıb.
Saxlanılanlardan Hüşəng Nağılı, Əli Əzizi, Ulduz Qasımi və Rüqəyyə Əlizadənin adları qeyd olunub.
Yayılan məlumata görə, çevik qüvvələr və motosikletçi polislərin hücumuna məruz qalan bəzi etirazçılar dəyənəklə döyülüblər.
Oyan News aksiyalara qatılan vətəndaşların sayının yüzlər nəfər olduğunu bildirib. Aksiyalardan çəkilmiş videolarda etirazçılar “Haray, haray, mən türkəm!”, “Azərbaycan milləti çəkənməz bu zilləti” və “ölüm olsun faşizmə” kimi şüarları türk dilində səsləndiriblər.Təbrizdə nəşr edilən Tarhe no qəzetinin iyulun 20-si sayında əfsanəvi qəhrəmanlar Rüstəm və Əfrasiyabın qarşıdurmasından bəhs edən bir hekayədə türklər və qadınlar haqqında təhqiramiz ifadələrə yer verilib.
Qəzetin “Bizim İran” sütunun təsvirinin sosial mediada nəşr edildikdən sonra sosial media istifadəçiləri, türk fəallar, yerli qəzetlər, Urmiyə və Qoşaçay kimi şəhərlərin millət vəkilləri və din xadimləri kimi qruplar arasında etiraz dalğası baş qaldırıb.