İranda yaşayan azərbaycanlılar aksiyalar keçirir
“Ardıcıl ikinci gündür ki, Təbriz şəhərindəki Güney Azərbaycanın milli mədəni fəalları, Təbriz şəhərində geniş qrafitlərlə Azərbaycan Respublikası ordusunun səmərəli irəliləməsini dəstəklədiklərini elan etdilər”.
Təbrizdə yaşayan azərbaycanlı fəalların Meydan TV-yə göndərdiyi məlumatda belə deyilir.
Onların sözlərinə görə, şəhər divarlarına həm fars, həm də latın əlifbası ilə dəstəyi ifadə edən şüarlar yazılıb.
“Bu divar yazıları Güney Azərbaycan türk xalqının mənəvi dəstəyini Araz çayının o tayındakı qardaşlarına çatdırmaqla yanaşı, rejimin faşist liderlərinə açıq bir mesaj göndərir. İranın da Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hər hansı bir təxribat olması halında Güney Azərbaycan türklərindən unudulmaz bir cavabı var”.
İranın Ərdəbil şəhərində də Azərbaycana dəstək aksiyası keçirilib. Aksiya zamanı 20-dək fəalın saxlanıldığı bildirilir.
Sentyabrın 27-da Azərbaycan-Ermənistan hərbi birləşmələrinin yerləşdiyi cəbhə xəttində atəşkəs pozulub. Tərəflər arasında çüharibə davam edir. Yayılan məlumat görə, İran Ermənistana yardım göstərir. İran rəsmi olaraq xəbəri təkzib edir. Ancaq İranda yaşayan azərbaycanlılar bu təkzibə şübhə ilə yanaşır və Azərbaycanı dəstəkləyən aksiyalar keçirirlər.