Teatrın rəssamı: İstəyirdim ADO-nun bir üzvünə çevrilim

Teatrın rəssamı: İstəyirdim ADO-nun bir üzvünə çevrilim


Leyla Quliyeva tamaşalarda təkcə səhnə rəssamlığı ilə deyil, qrim işi ilə də məşğul olur

“ADO teatrının fəaliyyəti mənə maraqlı gəlirdi, amma tamaşalarına baxmağa getməmişdim. “Facebook” dan izləyirim. İstəyirdim ki, onların bir üzvünə çevrilim, içəridəki proseslərin iştirakçısı olum”.

Bu sözləri ADO teatrının rəssamı Leyla Quliyeva deyir. 2015-ci ildə bu teatra qoşulan Leyla tamaşalarda geyim, səhnə rəssamlığı, hətta qrim işi ilə də məşğul olduğunu bildirir.

“”Stop”, “GOT”, “Üç banan”, “Toy”, “Rinq” tamaşalarının və “Kərpic”, “Gicdaban” performansların dekorasiya və geyimərini mən hazırlamışam. Tamaşalar üçün nəsə hazırlayanda nəyi nədən hazırlamaq fikri yerindəcə ağlıma gəlir”.

Tamaşa üçün düzəltdiyi ən çətin rekvizitləri göstərib, teatrın kasıb olduğu üçün almağa imkanı olmadığını və əldə nə varsa onlardan bir sheylər hazırladığını deyir.

Leyla Quliyevanın sözlərinə görə, teatrın bədii rəhbəri Elmin Bədəlovla daha rahat işlər. Elə Elmin Bədəlov da onunla rahat işlədiyini təsdiqləyir.

“Zövq baxımından bizdə uyğunluq olur. Bir-birimizdən xəbərsiz eyni şeyləri fikirləşirik. Bizim teatr kasıb olduğu üçün çox şeyi özümüz düzəltməli oluruq. Həm də özümüzə də maraqlı gəlir, peşəmiz olmasa belə taxta kəsirik, yonuruq, tikirik”.

Elmin Bədəlov deyir ki, Azərbaycanda ilk özəl teatr olan ADO yarandığı gündən çətinliklərlə üzləşib, dəfələrlə bağlanma təhlükəsi olsa da, dözüblər, fəaliyyətlərini davam etdiriblər. Çünki onları burda birləşdirən əsas qüvvə incəsənətə sevgidir.

Ana səhifəVideoTeatrın rəssamı: İstəyirdim ADO-nun bir üzvünə çevrilim