Tarif Şurası benzinlə bağlı verdiyi qərarı ləğv etdi

Şura benzinin qiymətində 2 qəpiklik artımla bağlı verdiyi qərarı 2 gün sonra ləğv etdi

Source:


Şura benzinin qiymətində 2 qəpiklik artımla bağlı verdiyi qərarı 2 gün sonra ləğv etdi

Tarif (qiymət) Şurasının saytında məlumat verilib ki, 14 yanvarda ölkə başçısı İlham Əliyevin tapşırığı ilə növbədənkənar iclas keçirilib.  “İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib” – məlumatda bildirilir.

Tarif Şurası Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə,  əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edib. Maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilmiş və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Qərar 15 yanvardan qüvvəyə minəcək.

Qeyd edək ki, 12 yanvarda Tarif (qiymət) Şurasının iclasında  yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. Qərar 13 yanvarda  qüvvəyə minmişdi.

Ana səhifəXəbərlərTarif Şurası benzinlə bağlı verdiyi qərarı ləğv etdi