Aprelin 30-na keçən gecə cəbhədəki təmas xəttində baş verən atışma nəticəsində separatçı Dağlıq Qarabağın silahlı bölmələrinin iki hərbçisi ölüb, 4-ü isə ağır yaralanıb.
Onlar 1997-ci il təvəllüdlü Garik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Harutyunyan-dır. Onlar Talış kəndi ətrafında gedən atışmada ölüb.
Xəbəri Dağlıq Qarabağ separatçılarının “Müdafiə Nazirliyi” yayıb.
Bu gün səhər yayılmış məlumatlara əsasən Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Talış kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu iki erməni hərbçisini (1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazqen Arutunyan) öldürüb.
Azadlıq radiosu