Taleh Xasməmmədov azadlığa buraxılıb

Məhkəmə həbs qətimkan tədbirini dəyişib

Source:
Taleh Xasməmmədov
Taleh Xasməmmədov


Məhkəmə həbs qətimkan tədbirini dəyişib


Dekabrın 27-də

saxlanılan Taleh Xasməmmədov bazar günü, dekabrın 30-da buraxılıb.

Məlumatı Meydan TV-yə onun vəkili Elçin Sadıqov verib.

Vəkil deyib ki, Nəsimi Rayon Məhkəməsi Taleh Xasməmmədov barədə həbs qətimkan tədbirini qəbul etməyib.

DİN-in məlumatında deyilir ki, Taleh Xasməmmədov dekabrın 27-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə ilə onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Taleh Xasməmmədov Göyçayda yaşayan ictimai fəallardandır, hüquq müdafiəşisi kimi tanınır.

O, 2015-ci ilin fevralında “xuliqanlıq” ittihamı ilə həbs edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 1 il sonra, prezident İlham Əliyevin imzaladığı 17 mart 2016-cı il tarixli sərəncamla azadlığa buraxılıb.

Taleh Xasməmmədov bu ilin aprel ayında Göyçayda polis tərəfindən saxlanılıb və polis şöbəsinə aparılmışdı. O, xuliqanlıqda ittiham edilirdi.

Ana səhifəXəbərlərTaleh Xasməmmədov azadlığa buraxılıb