Taleh Bağırzadənin həbs müddəti uzadıldı

O, özünü təqsirli bilmir, qərardan apellyasiya şikayəti veriləcək

Source:


O, özünü təqsirli bilmir, qərardan apellyasiya şikayəti veriləcək

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin həbs müddəti iyunun 26-na qədər uzadılıb.

Bu barədə öz Facebook səhifəsində məlumat paylaşan vəkil Cavad Cavadov bildirib ki, Bağırzadə özünü təqsirli bilmir və onlar qərardan apellyasiya şikayəti verəcəklər.

Taleh Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ona qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin həbs müddəti uzadıldı