Tağı Əhmədov metrodan uzaqlaşdırıldı

Onu Zaur Həsənov əvəz etdi. Tağı Əhmədov isə bundan xəbərsiz olduğunu deyir.

Source:

Onu Zaur Həsənov əvəz etdi. Tağı Əhmədov isə bundan xəbərsiz olduğunu deyir.

Bu barədə məlumatı yayan “APA-Economics” bildirib ki, Metropoliteninin və “Azərtunelmetrotikinti”Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılıb. Bu barədə prezidentin sərıncamında bildirilib ki, “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib: “Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib.

Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Ancaq tağı Əhmədov yeni müsavata deyib ki, bu barədə ona heç kim heç nə deməyib və o hazırda öz kabinetində işləyir:

“Bilmirəm, kimsə deməlidir. Əgər deyirlərsə ki, məni çıxarıblar, demək düzdür”.

O, yerinə təyin olunan Zaur Hüseynov tanımadığını deyib.


Modern.az



saytının yaydığı məlumata görə,


Z.Hüseynov bu təyinata qədər “Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədrinin I müavini vəzifəsində çalışıb. Xəbəri “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin də təsdiqlədiyi bildirilir. O, bildirib ki, Zaur Hüseynov çox işgüzar və bacarıqlı kadrdır.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.

Ana səhifəXəbərlərTağı Əhmədov metrodan uzaqlaşdırıldı