Şuşanın işğalından 27 il ötür

Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib

Source:


XİN: ''Azərbaycan ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır''

Bu gün, mayın 8-də Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğal olunmasından 27 il ötür.

Şuşa şəhərinin işğal olunması ilə bağlı Azərbaycan

Xarici İşlər Nazirliyi

bəyanat yayıb.

Bəyanatda bildirilib ki, işğalçı Ermənistan tərəfi beynəlxalq humanitar hüququnun tələblərinə zidd olaraq Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdləri etməkdədir:

“Belə ki, Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir”.

Nazirlik xatırladıb ki, Şuşa şəhərinin işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib:

“Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və digər abidələr vardır”.

XİN bəyan edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir.

“Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Şuşa şəhərində keçiriləcək “qələbə bayramı”nda iştirak edəcək. Bu barədə Baş nazirin mətbuat katibi

Vladimir Karapetyan

məlumat yayıb. Keçirilən tədbirlərdə sabiq prezident Serj Sarkisyan da iştirak edəcək.

Ana səhifəXəbərlərŞuşanın işğalından 27 il ötür