Sürüşmə Masazırda 7 evi yararsız hala salıb

”Aktivlik davam etsə, digər evlərə də təhlükə yaranacaq”

Source:


”Aktivlik davam etsə, digər evlərə də təhlükə yaranacaq”

Masazırdakı Zəli gölü ərazisində baş verən sürüşmə nəticəsində 7 ev yararsız hala düşüb. Digər evlərin divarlarında isə çatların yarandığı deyilir.

Bu haqda APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O, Zəli gölü kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesinin aktiv fazada olduğunu deyib:

“Hadisəsinin baş verdiyi yamacın maililiyi 30 dərəcədir. Prosesin dinamikasında aktivlik davam etsə, digər evlərə də təhlükə yaranacaq”.


Fevralın 28-də

Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi və uçqun ilə bağlı xəbərlər yayılmışdı.

Böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə, bəzi sahələrdə isə uçqun prosesi müşahidə edildiyi vurğulanırdı.

Ana səhifəXəbərlərSürüşmə Masazırda 7 evi yararsız hala salıb