Masazırda torpaq sürüşməsi olub

”Ərazidəki suxurlar yuyulmaya, həll edilməyə meyllidir”

Source:


”Ərazidəki suxurlar yuyulmaya, həll edilməyə meyllidir”

Masazırda yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsinin olduğu bildirilir.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti yayıb.

Xidmətin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya hadisənin Masazır qəsəbəsindəki “Zəli gölü” kimi tanınan ərazidə olduğunu deyib. Böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə, bəzi sahələrdə isə uçqun qeydə alınıb:

“Sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır. Yamacın maililiyi 20-25 dərəcədir. Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə yaranıb. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”.

R.Həsənov ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılmasının da müşahidə olunduğunu deyib.

Ana səhifəXəbərlərMasazırda torpaq sürüşməsi olub