Sumqayıtlılar ağacların kəsilməsindən narazıdır

İcra Hakimiyyətindən: ”Bircə ağacın belə kəsilməsindən söhbət gedə bilməz”

Source:


İcra Hakimiyyətindən: ”Bircə ağacın belə kəsilməsindən söhbət gedə bilməz”

“İstirahət üçün getdiyimiz parkın ağaclarını kəsib, doğrayırlar. Yerinə göydələnlər tikirlər. Aidiyyatı qurumlara müraciət etmişik, baxan yoxdur”.

Sumqayıt sakinləri belə deyirlər. Onlar Meydan TV-yə yazaraq parkdakı ağacların kəsilməsinin illərdir davam etdiyini söyləyirlər. Sadəcə son günlər kütləvi hal aldığını deyirlər:

“Şəhərin Azərbaycan prospektində yerləşən Cəfər Cabbarlı adına klubun qarşısındakı parkda 100-ə yaxın, yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilib. 2013-cü ilin oktyabrında isə Sumqayıtın Nəsimi parkında çoxillilik şam ağacları benzin vurularaq yandırıldı. Həmin vaxt Sumqayıtın Nəsimi parkında, Mehdi Hüseynzadə adına stadionun arxasındakı şamlıqda 100-dən çox çoxillik şam ağacları üstünə benzin tökülərək yandırıldı və sonra kəsildi. Sonradan məlum oldu ki, ağaclar soyqırıma, onların kəsildiyi yerdə restoran tikiləcəyi səbəbindən məruz qalıb”.

Sakinlər bildirirlər ki, ərazidə xeyli sayda ağac var idi. Onlar artıq yoxdur, kəsilib:

“Bunu Sumqayıt haqda köhnə video və foto kadrlara, elə indiki kadrlarda baxdıqda açıqca müəyyən etmək olar. Bildiyimiz kimi çoxillik və şəhərin “ağciyəri”olan ağaclar həm havanı təmizləməklə insanların sağlamlığına xidmət edir, həm də şəhərə xüsusi gözəllik verir. Ancaq bizdə nə edirlər? “Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, Sumqayıtda son illər, ümumiyyətlə, ağac kəsilmir, əksinə, boş yer olan kimi ağac əkilir:

“Mən şikayətdə deyilən parka da gedib baxmışam. Heç bir ağac kəsilməyib, hər şey qaydasındadır. Hələ ötən həftə 600-dən artıq zeytun ağacı əkmişik. Bircə ağacın belə kəsilməsindən söhbət gedə bilməz. Tamamilə əsassız məlumatdır”.

Eyvaz Qocayev bildirib ki, sakinlərin söylədikləri yerdə, ümumiyyətlə, ağac olmayıb, kəsilsin də:

“Həmin ərazi bulvara aiddir. Sumqayıtda son 2 ildə bircə dənə də olsun ağac kəsilməyib”.

Ana səhifəXəbərlərSumqayıtlılar ağacların kəsilməsindən narazıdır