Sumqayıtda polis leytenantı kabinetində özünü öldürüb

İddia olunur ki, Rəhman Hüseynlinin intiharına səbəb mənzilini qumarda uduzması olub.

Foto: Meydan TV


Onun intihar etdiyi haqda ehtimallar var

İyulun 18-də saat 21 radələrində Sumqayıt şəhər I polis bölməsinin baş leytenantı Rəhman Hüseynli intihar edib.

Bu barədə Meydan TV-ni məlumatlandıran mənbə bildirib ki, 1995-ci il təvəllüdlü polis zabiti xidməti silahıyla baş nahiyyəsinə atəş açaraq özünü öldürüb. İddia olunur ki, Rəhman Hüseynlinin intiharına səbəb mənzilini qumarda uduzması olub. Onun yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Report.az polis zabitinin ehtiyatsızlıqdan xidməti kabinetində özünü öldürdüyünü yazıb.

Meydan TV DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlamağa cəhd edib. Xidmətin əməkdaşı Orxan Mansurzadə işdə olmadığından sualı cavablandıra bilməyəcəyini deyib.

Ana səhifəXəbərlərSumqayıtda polis leytenantı kabinetində özünü öldürüb