Dövlət başçısının nə zaman gəlib-gedəcəyi isə məlum deyil
Yanvarın 13-ü səhərdən Sumqayıt şəhərinə gedən yollar bağlanıb, avtobuslar və digər nəqliyyat işləmir. Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti dayandırılıb. Buna səbəb dövlət başçısı İlham Əliyevin şəhərə gözlənilən gəlişidir.
Nəqliyyat olmadığından sakinlər Bakıya işə gedə bilməyiblər, hətta Sumqayıtın özündə iş yerlərinə gedə bilməyiblər. Uşaqlar məktəb və bağçalara gedə bilməyib. Şəhər əhalisi lazım olan yerə piyada gedir. Dövlət başçısının nə zaman gəlib-gedəcəyi isə məlum deyil.