Sumqayitda dollar ajiotajı yaranıb

Dollar əsasən “qara bazar”da satılır, hətta bəzi yerlərdə 1,70 manata da satılır

Source:


Dollar əsasən “qara bazar”da satılır, hətta bəzi yerlərdə 1,70 manata da satılır

Mərkəzi Bankın 21 fevral manatın “üzən məzənnə”yə keçməsi haqqında qərarından sonra dolların manata qarşı möhkəmlənəcəyi barədə fikirlər öz təsdiqini hər gün tapırdı. Həftənin son günləri dollar manata nisbətən 0,03 faiz bahalaşmış və 1 dollar 1,5528 manat olmuşdu. Mərkəzi Bankın dekabrın 25-də yaydığı məlumatda bankın son 4 dörd gündə mütəşəkkil banklararası valyuta bazarında təxminən 300 milyon  dolları həcmində intervensiya həyata keçirdiyi bildirilirdi.

Meydan TV-nin Sumqayıtda apardığı müşahidə nəticəsində məlum olub ki, 1 dollar 1,65 manata satılır. Ancaq şəhərin “Pioner”, Kolxoz Bazarı ticarə mərkəzlərinin yaxınlığındakı valyuta dəyişmə məntəqələrinin əksəriyyəti fəaliyyətini dayandırıb. Dollar əsasən “qara bazar”da satılır, hətta bəzi yerlərdə 1,70 manata da satılır.

Analoji situasiya paytaxtda da yaşanır, Bakıda 1 dollar 1,60 manata satılır.

Ana səhifəXəbərlərSumqayitda dollar ajiotajı yaranıb