Yağış yağacaq, dolu düşəcək, dağlıq ərazilərdə sulu qar olacaq
Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytındakı məlumata görə, havanın temperaturu yarımadada gecə 19-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti olacağı gözlənilir.
Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.