Ştaynmayer və Cənubi Qafqaz qonşuları

Ştaynmayerin Cənubi Qafqaza səfəri əsasən Ermənistan, Azərbaycan və Gürcüstan rəhbərliyi ilə bu ölkələrdən hər birinin Avropa institutları ilə olan sazişləri çərçivəsində inteqrasiya proseslərinin inkişafı üzrə növbəti vəzifələrin həyata keçirilməsi haqqında məsləhətləşmələrə yönəlib

Mənbə: euronews

Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer


Ştaynmayerin Cənubi Qafqaza səfəri əsasən Ermənistan, Azərbaycan və Gürcüstan rəhbərliyi ilə bu ölkələrdən hər birinin Avropa institutları ilə olan sazişləri çərçivəsində inteqrasiya proseslərinin inkişafı üzrə növbəti vəzifələrin həyata keçirilməsi haqqında məsləhətləşmələrə yönəlib

Almaniya xarici siyasət idarəsinin rəhbəri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaza 29-30 iyun səfəri AFR-in ATƏT-ə sədrlik etdiyi bir zamanda baş tutub. Ştaynmayerin XİN rəhbəri və Avropa təhlükəsizliyi sistemində sədr ölkənin nümayəndəsi kimi ikili statusu Cənubi Qafqaz səfərinin məqsəd və vəzifələrində öz izini göstərib.

Almaniyanın Avropa İttifaqının Avropa və Qafqaz siyasətində rolu ilə bağlı bir sıra mühüm məqamları qeyd etmək lazımdır. Hər iki halda hər iki siyasət İkinci Dünya Müharibəsindən sonra yeni Avropa münasibətləri formalaşdığı andan etibarən əhəmiyyətli dərəcədə Berlindən generasiya olunur.

Amerikanın Marşal planı sayəsində viranəlikdən çıxan Almaniya (yeri gəlmişkən, bütün Qərbi Avropa kimi) Fransa ilə birlikdə hazırda müasirləşdirilmiş variantını gördüyümüz Yeni Avropanın yaradılmasının təşəbbüskarı oldu. Almaniya yüksək səviyyədə Avropanın üç əsas məqama – dəyərlər, maraqlar və güzəştlərə əsaslanan ən uzunmüddətli təhlükəsizlik sistemini qurmağa müvəffəq olub.

Almaniya siyasəti, Britaniya və Fransa siyasətindən fərqli olaraq, əzəldən bəri Avrasiya qitəsinin Şərqi hissəsinə yönəlib. Bu ənənə İkinci Dünya Müharibəsindən sonra da davam edib və bütün Avropa İttifaqı siyasətinin ümumi platformasına çevrilib. Maraqlıdır ki, Sovet İttifaqının dağılmasından sonra yalnız ikinci onildə Almaniya, Avropa İttifaqının Cənubi Qafqazda daha aktiv fəaliyyəti fonunda bu region ölkələri üçün əlaqələndirilmiş strategiyanı inkişaf etdirdi. Hər şey iki Almaniyanın birləşməsi strategiyasının əsas mərhələsinin başa çatmasından sonra başladı. 1999-cu ildə Almaniyanın rəhbərliyi altında Aİ-nin “Cənubi Qafqaz sammiti” keçirildi. Gürcüstan, Ermənistan və Azərbaycanın Şimali Avropaya daxil olmasından sonra 2001-ci ildə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi “Qafqaz təşəbbüsü”nü irəli sürüb. O, 2004-cü ildə “Avropa Qonşuluq Siyasəti” və 2009-cu ildə “Şərq tərəfdaşlığı” proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi üçün əsas oldu. Bu sənədlərin bir çox müddəaları üst-üstə düşür və əhəmiyyətli dərəcədə alman komponenti olan vahid məqsədyönlü siyasəti əks etdirir.

Almaniyanın resurslar məskəni kimi Avrasiyaya olan tarixi marağına indi dəyərli bir element də əlavə olunub. O, ideal deyil, amma Rusiyada I Petr idarəetməsinin başlanğıcından etibarən bu qitənin avropalaşdırılmasında özünü göstərən və sovet dövründə roman-alman təhsil və mədəniyyət sistemi bazasında daha sürətli inkişaf edən ümumi kökləri var. Ştaynmayer keçmişdə Şimali Afrika qitəsi və Şərqi Avropa, o cümlədən Mərkəzi Asiya ölkələrinin daxil olduğu Qonşuluq Siyasətinin iştirakçılarını səciyyələndirərkən öz şəxsində Almaniya və Aİ-nin postsovet Şərqinə münasibətini qısaca ifadə etmişdi. O, təxminən belə demişdi: Bizdən (Avropadan) cənubda Avropanın qonşuları, bizdən şərqdə isə Avropalı qonşulardı. Beləliklə, o, Avropanın genişləndirilməsi üzrə ortaq marağı ilk növbədə məhz şərq istiqamətində işarələmişdi.

Bu mənada Ştaynmayerin Cənubi Qafqaza səfəri əsasən Ermənistan, Azərbaycan və Gürcüstan rəhbərliyi ilə bu ölkələrdən hər birinin Avropa institutları ilə olan sazişləri çərçivəsində inteqrasiya proseslərinin inkişafı üzrə növbəti vəzifələrin həyata keçirilməsi haqqında məsləhətləşmələrə yönəlib.


Avrointeqrasiyada Qarabağ əngəli

Son illər Cənubi Qafqaz və Avropa ölkələrinin yaxınlığının artması dinamikası görünür, bunda 90-cı illərin daxildə cəmləşdirilmiş siyasətindən 21-ci əsrin əvvəllərində fəal xarici siyasətə keçən Almaniyanın rolu da kifayət qədər böyükdür. Burada münasibətlərin yeni mərhələsinin açılmasında əsas maneənin regional münaqişələr (Qarabağ, Abxazuya və Cənubi Osetiya) və Azərbaycan və Ermənistanın avtoritar rejimləri olduğu daha aydın görünür. Almaniyanın nizamlanma prosesinin sürətləndirilməsi və demokratik islahatlar aparılması üzrə daha fəal siyasəti buradan irəli gəlir. Hər iki istiqamət üzrə səylər paralel gedir. Buna Ştaynmayerin Yerevandakı və Bakıdakı bəyanatları dəlalət edir. O, birinci vəzifə kimi lokal aprel müharibəsindən sonra Vyanada ABŞ və Sankt-Peterburqda Rusiya tərəfindən təşəbbüsü irəli sürülmüş Qarabağ nizamlanmasının təhlükəsizlik sisteminin möhkəmləndirilməsini qeyd edib. İkinci vəzifə, uzunmüddətli zəmanətlərlə münaqişənin tənzimlənməsi yollarının intensiv axtarışına keçid və üçüncüsü, qeyri-sabitlik mənbəyi kimi münaqişənin yaxın gələcəkdə həllidir.

Demək olar ki, Ştaynmayer ATƏT-in Minsk Qrupunun bütün vasitəçilərinin əvvəllər səsləndirdiyi yanaşmaları səsləndirib, cəmləşdirib və prezidentlərin diqqətinə çatdırıb. ABŞ dövlət katibi Con Kerrinin iyunun 30-da Vyana və Sank-Peterburq öhdəliklərini yerinə yetirmək çağırışı ilə İlham Əliyevə və Serj Sarkisyana zəngi, demək olar ki, bütün müzakirə olunan məsələlər üzrə Ştaynmayerin səfərinin əhəmiyyətinə yüksək diplomatik dəstək oldu.

Sülh prosesinin inkişafında növbəti addım prezidentlərin Qarabağ münaqişəsi üzrə triumviratının yekun konsensusunu formalaşdıracaq Paris görüşü olmalıdır. Çox güman ki, Paris görüşünə ATƏT-in Minsk Qrupunun 2014-cü ilin mayında təklif edilmiş sonuncu planının həyata keçirilməsi üzrə real danışıqların başlanğıcı kimi baxmaq olar. Həmsədrlərin planı heç vaxt nizamlanmada Azərbaycanın şərti olan ərazi bütövlüyünün və Ermənistanın şərti olan Qarabağın öz müqəddəratını həll etməsinin nəzərə alındığı güzəştli modelin formalaşdırılmasına bu qədər yaxın olmamışdı. Məlumatı olmayanlara qəribə görünə biləcək sonuncu aprel hadisələri sülh yolu ilə nizamlama prosesinin ahəngini pozub və əsasən təmas xətti sərhədlərinin, üçüncü qüvvələrin və ya bəlkə də üç qüvvənin dəstəyi də olmaqla, Azərbaycanın xeyrinə dəyişməsi sayəsində  tərəfirin münaqişəyə  ziddiyyətli olan baxışlarını  yaxınlaşdırıb.


Gürcüstanla qarşılıqlı fəaliyyət

Avrointeqrasiya ilə yanaşı, Qarabağ mövzusu da Ştaynmayerin Cənubi Qafqaz qonşusu kimi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsində hamıdan çox maraqlı olan və Azərbaycan-Ermənistan arasında qeyri-formal əlaqələrdən nizamlanma yollarının axtarışı üçün Gürcüstan meydanından istifadə edən Tbilisidəki danışıqlarının da predmeti olub.

Bu mənada hər iki tərəf üçün mübadlə mövzusu kifayətidir, xüsusilə də Almaniya  Gürcüstanla bu məsələdə   fəal əməkdaşlıq edir.

Ana səhifəXəbərlərŞtaynmayer və Cənubi Qafqaz qonşuları