“Statistika, ümumiyyətlə, düzgün deyil” – Qazaxıstanda

Qazaxıstanda koronavirusdan ölənlərin rəsmi sayı gerçəkdə olanlardan azdır

Source: vlast.kz

Material

vlast.kz

saytında dərc olunub

Səhiyyə Nazirliyi pnevmaniyadan ölən insanları koronavirus üzrə ümumi statistikaya daxil etmir və pnevmaniya xəstələrində COVİD-19 testlərinin mənfi nəticə göstərdiyini iddia edir. Bununla bağlı Qazaxıstanda koronavirusdan ölənlərin rəsmi sayı gerçəkdə olanlardan azdır. “Vlasti” saytının müxbirləri ötən həftənin son iki günü Almaatı morquna gedərək ölənlərin qohumları və mərasim şirkətlərinin əməkdaşları ilə danışıb. Öz təcrübələri ilə bölüşən şirkət işçiləri sifarişlərin, deməli, ölümlərin kəskin artmasını söyləyirlər.


“Ölüm üzrə statistikanı Səhiyyə Nazirliyi deyil, mərasim şirkətinin işçiləri yazmalıdırlar”

1 saylı şəhər patoloji anatomik bürosunun qarşısında, – Kalkamanda morq rəsmi olaraq belə adlanır, – məlumat stendi var. İyulun 8-də bu stenddən 51 soyaddan ibarət siyahı asılıb – bu ölənlərdir.

Cümə gününə olan siyahıdan aydın olur ki, 51 nəfərin 19-u infeksion və provizor stasionarlarda ölüb, ertəsi gün onların sayı 54-dən 22 2 nəfərə yüksəlib. Bununla yanaşı, siyahıdan olan və infeksion xəstəxanalarda deyil, şəhər xəstəxanalarında ölən adamların neçəsinin pnevmoniyadan ölməsi məlum deyil. Soyadların yanında diaqnoz yazılmayıb.

Ölənlərin qohumları vaxtaşırı məlumat stendinin qarşısında sıx şəkildə (10-15 adam) dayanır. Doğmalarının meyitini əlində sənəd olanlara verirlər. Morq əməkdaşları zaman-zaman yeni soyadı haylayırlar. Açıq rəngdə köynək geyinmiş kişi deyir ki, burda fevralda da olub. Həmin vaxt qohumlarından biri ölmüşdü və o zaman siyahıda hardasa 8 soyad vardı. Bu isə indikindən xeyli azdır.

f36cf477546119ee439832210fd4a935 (1).jpg
Ölənlərin qohumları təkcə məlumat stendinin qarşısında deyil, həm də morqun həyətində dayanırlar

Mərasim şirkətinin əməkdaşı “Vlasti” saytının müxbirinə deyir ki, bir il əvvəl elə bu vaxt “burda heç dayanmırdılar”.

“İndi hətta özəl morqlar doludur, – mərasim şirkətinin əməkdaşı deyir. – Əvvəllər özəl morqa aparırdın – morq boş idi. Bir, ən uzağı iki ölən olardı. İndi özəl morqa gedirsən – səkkiz-on ölü var. Özəl morqlardan artıq meyitləri dəstə ilə verirlər”.

Əməkdaş deyir ki, hakimiyyətin səsləndirdiyi rəsmi statistika ilə razı deyil.

“Statistika, ümumiyyətlə, düzgün deyil. Çoxlu adam ölür. Şəhərdə olduqca çox katafalk var. Onlar bir-iki gün əvvəldən məşğuldur. Boş maşın tapmaq olmur. Həddən artıq ölüm var. Fikir versəniz görəcəksiniz ki, ölüləri nə ilə desən daşıyırlar. Adi “Qazel”lərdə aparırlar – artıq xüsusi maşınlar yoxdur, onlar sadəcə çatmır”, – həmsöhbət deyir. Sonra başı ilə bir az aralıda dayanmış digər maşınları, “Qazel”ləri göstərib əlavə edir: “Bunlar hətta mərasim şirkətlərinin deyil. Deyirəm də, maşın çatmır. İndi özəl daşıyıcılardır, onlar ölüləri daşımaq üçün arxa oturacaqları çıxarırlar”.

Ertəsi gün daha üç mərasim şirkətinin əməkdaşları eyni sözü deyiblər – sifarişlərin kəskin artımı üç həftə əvvəl başlayıb.

“Birinci karantin müddətində (martda tətbiq edilən karantində) mən cəmi beş dəfə getmişəm. İndi isə bəzən hətta iki-üç sutka evdə tapılmıram”, – mərasim şirkətinin əməkdaşı söyləyir. Ötən ilin elə bu dönəmini xatırlayan əməkdaş deyir ki, “ayağını Kapçaqaydan kəsməyib, ora iki-üç sutkalıq rahat dincəlməyə gedib”.

Mərasim şirkətinin daha bir əməkdaşı qeyd edir: “Sənə belə deyim, ölüm üzrə statistikanı Səhiyyə Nazirliyi deyil, mərasim şirkətinin işçiləri yazmalıdırlar”.

O, həmçinin deyir ki, əvvəllər koronavirusun təhlükəli olduğuna inanmayıb. “Coviddən ölənləri arxa qapıdan çıxarırlar, burda isə pnevmaniya və digər xəstəliklərdən ölənləri təhvil verirlər”. Şənbə günü səhər açılandan morqun qarşısında 40-50 adam var. Onlardan birinin, Qalım adlı kişinin atası ölüb. “Atam rəhmətə gedib. Xalam Kablukovada xəstəxanadadır. Kürəkənim xəstədir. Dərman yoxdur. Atamı xəstəxanaya qoymaq üçün pul verdik. Təcili yardım gəldi və işçiləri dedi ki, təkcə təngnəfəslikdən əziyyət çəkənləri və ağır vəziyyətdə olanları götürəcəklər. Təcili yardım işçiləri ən son anda, artıq can verənləri götürür – yer olmadığını söyləyir”, – Qalım bölüşür.

Onun yanında dayanmış kişi əlavə edir: “Burda, ümumiyyətlə, qarmaqarışıqlıqdır, heç bir təşkilatçılıqdan söz gedə bilməz”.

Qalım onunla məmnuniyyətlə razılaşır. “Heç olmasa ölümüzü nə vaxt götürə biləcəyimizi söyləsəydilər – bu gün ya sabah… Dünən Makatevadakı xəstəxanada olmuşam, orda da təcili yardım maşınlarına növbə var. Hər 3-5 dəqiqədən bir kareta ötüb keçirdi. Kompüterin arxasında beş tibb bacısı oturmuşdu və sənədləri doldurmağa macal tapmırdılar. Bu, hələ harasıdır, tezliklə qrip mövsümü başlayanda daha pis olacaq. Əsasən yaşlı adamlar ölürlər. Bizdə, Alqabas qəsəbəsində gündə 4-5 qəbir qazırlar, imkan tapmırlar. Görəsən, onlar (hakimiyyət – V) hara baxırlar, dərman, ümumiyyətlə, yoxdur. Halbuki büdcədən nə qədər pul ayrılıb! Apteklərdən birində dərman tapdım, amma orda da böyük növbə vardı. Halbuki deyirlər sosial məsafə saxlamaq lazımdır…”

Qalımın yanında dayanmış kişi “Vlast” saytının müxbirinə xəbər verir ki, rəsmi olaraq COVİD-19-dan ölənlərin meyitini arxa qapıdan çıxarırlar.

“Coviddən ölənləri arxa qapıdan çıxarırlar, burda isə pnevmaniya və digər xəstəliklərdən ölənlərin meyitini təhvil verirlər”, – həmsöhbət deyir. Qalım əlavə edir ki, “əgər ölüm səbəbi koronavirusdursa, ayrıca basdırırlar, heç qohumları da buraxmırlar”. Qalımın dediyinə görə, rəsmi olaraq COVİD-19-dan ölənlərin meyitini polis müşayiəti ilə çıxarırlar.

Yan girişdə həqiqətən də bir neçə avtomobil dayanıb – təcili yardım, polis və daha bir maşın. Yəqin ki, həmin maşınla COVİD-19-dan ölənləri daşıyırlar. Sürücülər jurnalistlərlə danışmaqdan qəti boyun qaçırırlar. KİV nümayəndələrini morqun binasına da buraxmırlar, hər kəin məşğul olduğunu söyləyirlər.

Qohumu ölən qadın da danışmaq istəmir. Əvəzində onun yanında dayanmış kişi deyir ki, qohumunu təcili yardım beşinci çağırışdan sonra aparıb.

Atası rəsmi olaraq pnevmaniyadan ölmüş gəncə dəstək olmağa gəlmiş iki dostu həmçinin təsdiqləyir ki, kişini xəstəxanaya həddən artıq gec götürüblər.

“Onun qızdırması, təngnəfəsliyi və zəifliyi vardı. Guya pnevmaniya olmuşdu, hərçənd Covidə yoluxması aydın idi. Rəsmi olaraq “pnevmaniya” yazdılar. O, hardasa on gün xəstə yatdı. Xəstəxanaya artıq çox gec olanda, sonuncu gün götürdülər. Onu xəstəxanaya srağagün səhər apardılar, ertəsi səhər isə artıq öldüyünü dedilər… O çağacan isə qəbul etməmişdilər, evdə müalicə almışdı. Dərman yoxdur. O, axtarsa da, tapmadı”, – onlardan biri deyir.

Ana səhifəDünya“Statistika, ümumiyyətlə, düzgün deyil” – Qazaxıstanda