Statistika Komitəsi: Neft məhsullarının istehsalı 4.6 faiz azalıb

Azərbaycanda 2016-cı ilin yanvar-iyul aylarında 3.1 mln. ton neft məhsulu istehsal olunub

Source:


Azərbaycanda 2016-cı ilin yanvar-iyul aylarında 3.1 mln. ton neft məhsulu istehsal olunub

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1594.1 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4.6% azdır.

2016-cı ilin 7 ayı ərzində ölkədə 3 141.1 min ton neft məhsulları istehsal olunub.

İlin 7 ayı ərzində 114.4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 385.6 min ton ağ neft, 1 352.2 min ton dizel yanacağı, 5.1 min ton sürtkü yağları, 85.4 min ton neft bitumu, 112.1 min ton neft koksu istehsal olunub.

Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 1.5%, ağ neft istehsalı 1.7%, dizel yanacağı istehsalı 22.8%, sürtgü yağlarının istehsalı 63%, neft bitumun istehsalı 8.9%, neft koksunun istehsalı isə 25.2% azalıb.

Ana səhifəXəbərlərStatistika Komitəsi: Neft məhsullarının istehsalı 4.6 faiz azalıb