Sərt karantin rejimi daha 2 həftə uzadıla bilər

“Biz karantin rejimini əlavə 15 gün uzadılmasına məcburuq”.

Mənbə: Meydan TV


“Biz hələ pik göstəricilərdəyik, azalma hələ iyulun 16-dan başlayıb”

Azərbaycanda karantin rejiminin daha iki həftə uzadılması nəzərdə tutulur.

Bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan televiziyasına müsahibəsində deyib.

Şahmar Mövsümovun sözlərinə görə, gündəlik yoluxma sayı hər bir vətəndaşın atdığı addımların nəticəsidir:

“Son günlər karantin rejiminin qaydalarına riayətin nəticələrini görürük. Bu, yaxşı xəbərdir. Bir az pis xəbər ondan ibarətdir ki, biz hələ pik göstəricilərdəyik, azalma hələ iyulun 16-dan başlayıb. Ümid edirik azalma davam edəcək. Ancaq təəssüflə deməliyəm ki, Operativ qərargahda bir çox müzakirələrdən sonra katrantin rejiminin uzadılması və uzadılmasının qaçılmaz olduğu barədə müəyyən qərarlar qəbul edilib. Biz karantin rejimini əlavə 15 gün uzadılmasına məcburuq”.

trend_shahmar_movsumov_030720_2.jpg
Şahmar Mövsümov

Azərbaycanda karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar iyunun 19-da imzalanıb.

Baş naziri Əli Əsədov 21 iyun-5 iyul tarixlərində “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 208 nömrəli Qərarında dəyişiklik edib.


İyulun 2-dən

Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılan xüsusi polis postları ləğv edilsə də, bütün qapalı məkanlarda vətəndaşların karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndirildi.

Ana səhifəSosialSərt karantin rejimi daha 2 həftə uzadıla bilər