Spiritli içkilər və siqaretlər bahalaşdı

Tütün məhsullarının aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib

Source:


Tütün məhsullarının aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib

Azərbaycanda spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan  malların  aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsulları üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.

fins.az-ın yaydığı məlumata əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Pivə üzrə  aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəəyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib.

“Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20 faiz artaraq 6 dollar (və ya 4,8 manatdan) 6 manata qaldırılıb”,- deyə fins.az-ın məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq.

Nazirlər Kabinetinin qərarı ilə tütün məhsullarının aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.

Ana səhifəXəbərlərSpiritli içkilər və siqaretlər bahalaşdı