”Sovetski”dəki söküntü işləri 2018-ci ildə də davam edəcək

“Qanunsuz tikililərə qarşı mübarizə işlərini davam etdiririk”

Source:


“Qanunsuz tikililərə qarşı mübarizə işlərini davam etdiririk”

Yasamal rayon İcra Hakimiyyəti “Sovetski”də köçürmə və evlərin sökülməsi işlərini davam etdirir. Görülən işlər Bakının Baş Planının icrası istiqamətində aparılır.

Yasamal rayon İcra Hakimiyyətindən APA-ya hazırda 9814 ünvanda ölçü işləri aparıldığı deyilib:

“İstifadə müddətini tamamlamış 4300 yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşmışıq. Alqı-satqı olub, kompensasiyalar ödənib”.

Prezident İlham Əliyev “Sovetski”dəki evlərin satınalınması üçün 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin alınması və həmin ərazinin təmizlənməsi barədə tapşırıq verib. Yasamal rayon İcra Hakimiyyəti bu tapşırığın icrasına başlayıb.

Müəyyən olunub ki, Nabat xanım Aşurbəyova – keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektləri var.

Yasamal rayon İcra Hakimiyyətindən bildirilir ki, 2017-ci ilin 9 ayında qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək “Qanlı göl”ün qərb hissəsində sahəsi 42, 52 və 64 kv.m olan 3 müxtəlif təyinatlı özbaşına tikili sökülüb. Lakin bir sıra vətəndaşlar tərəfindən rayonun digər ərazilərində də qanunsuz tikinti işlərinin aparılmasına cəhdlər olub.

2017-ci ilin 9 ayı ərzində yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə buradakı dairədə nəqliyyatın hərəkəti bağlanıb.

“Azəravtoyol” ASC-nin yaydığı hesabatda isə bildirilir ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün “Təzəpir” məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

Ana səhifəXəbərlər”Sovetski”dəki söküntü işləri 2018-ci ildə də davam edəcək