Sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını açıqlayıb
Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.
APA sözlərin siyahısını təqdim edir. Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.
“skype” – skayp
“site” – sayt
“provider” – provayder
“facebook” – feysbuk
“twitter” – tvitter
“instagram” – instaqram
“e-mail”- imeyl
“youtube” – yutub
“messenger” – mesencer
“whatsapp” – votsap
“line” – layn
“viber” – vayber
“google” – quql
“yandex” – yandeks
“wi-fi” – vayfay