“SOROS” Azərbaycandakı nümayəndəliyini ləğv etdi

“Son günlər mətbuatda ACİYF-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlı yayılan əsassız fikirlər və məlumatlar ciddi qəbul edilməyəcək, başladılan proseslər hüququn aliliyi çərçivəsində həll ediləcək”

Source:


“Son günlər mətbuatda ACİYF-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlı yayılan əsassız fikirlər və məlumatlar ciddi qəbul edilməyəcək, başladılan proseslər hüququn aliliyi çərçivəsində həll ediləcək”

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Baş Ofisi 10 dekabr 2014-cü il tarixli qərarı ilə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycan Respublikasındakı Nümayəndəliyini ləğv edib. ACİYF-nin Azərbaycan Nümayəndəliyinin ləğv edilməsi ilə bağlı ləğvetmə işlərinə başlanıb. Ləğvetmə işlərini aparmaq ACİYF-nin etibarnamə əsasında nümayəndəsi vəkil Elçin Sadıqova həvalə edilib.

Bu barədə Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.

ACİYF bildirir ki, Azərbaycan həmişə ACİYF üçün dost ölkə olub. ACİYF Azərbaycanda təhsilin, medianın və hüququn aliliyinin təmini üçün çalışıb. ACİYF-nin məqsədi Azərbaycan dövlətinin və cəmiyyətinin rifahı olub. Bu məqsədlə müxtəlif dövlət qurumları, kommersiya və qeyri kommersiya təşkilatları ilə əməkdaşlıq edib.

ACİYF Azərbaycan Nümayəndəliyinin işçiləri və ofisi yoxdur, ofis boşaldılıb.

Ümid edirik ki, son günlər mətbuatda ACİYF-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlı yayılan əsassız fikirlər və məlumatlar ciddi qəbul edilməyəcək, başladılan proseslər hüququn aliliyi çərçivəsində həll ediləcək.

Ana səhifəXəbərlər“SOROS” Azərbaycandakı nümayəndəliyini ləğv etdi