Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 25-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanda nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi qeydə alınıb. Nazir bunu dünya bazarında ərzaq məhsullarının qiymətinin artması ilə əlaqələndirib. Meydan TV də ərzaq qiymətlərinin artması ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.