17 noyabr Milli Dirçəliş Günüdür. Dirçəliş Gününün Azərbaycan vətəndaşının həyatında hansı izlər buraxdığını öyrənmək məqsədilə şəhər əhalisi arasında “Dirçəliş Günü bizə nə verdi?” adlı sorğu keçirildi.
– Hələki heçnə verməyib. Nə verib? İşsizlik, qayda-qanun ancaq zəif adamlar üçündür.
– Çox şey. Dirçəldik durduq ayağa.
– Azadlıq, səmimiyyət.
– Bu bayram bizə müstəqillik verdi. Bu bayramı Elçibəy gətirdi.
– Dünya bizi tanıyır.
– Heçnə. Cammat işləmir. Sabah buranı dağıtsalar hardan çörək pulu qazanacağımızı bilmirik.