Bir neçə həftə öncə bu film nüfuzlu “Accolade Qlobal Film Competition” nəşrinin baş mükafatına layiq görülüb. Bu müsabiqəni «Kiçik Oskar» da adlandırırlar
Litva kinematoqrafçılarının çəkdiyi «Sonsuz dəhliz» filmi nüfuzlu Madrid kinofestivalında iki nominasiyada qalib gəlib.
Film 20 il sonra Xocalı faciəsinin qurbanlarından, Ermənistan-Azərbaycan münaqişəsinin, kütləvi qırğının səbəblərindən və müqəssirlərin cəzalanmamasından bəhs edir. Film üzərində iş bir neçə il Azərbaycan, Litva, Ermənistan və Moskvada aparılıb. Çəkilişdən sonra Britaniya və ABŞ-da böyük işlər görülüb, film tərcümə edilib, mətn məşhur britaniyalı aktyor, Oskar mükafatçısı Ceremei Ayronsun iştirakı ilə səsləndirilib. ABŞ-da filmə məşhur Amerika kinematoqrafçısı Cerald Rafşun prodüsserlik edib. Film Yenidənqurma dövründə baş verən prosesin humanitar, siyasi, tarixi və geosiyasi aspektlərinə toxunur. Filmin əsas məziyyəti hadisələrin obyektiv analizi və Xocalının dinc əhalisinin kütləvi qətlində kimin müqəssir olması sualına cavab verməsidir. Film çəkilən zaman Turan Agentliyinin arxiv materiallarından istifadə edilib.