Son 9 ayda 374 nəfər HIV-ə yoluxub

Ümumilikdə isə HIV infeksiyasından indiyə kimi Azərbaycanda 788 nəfərin vəfat etdiyi bildirilir

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Ümumilikdə isə HIV infeksiyasından indiyə kimi Azərbaycanda 788 nəfərin vəfat etdiyi bildirilir

2016-cı ilin 9 ayında Azərbaycanda aşkar olunan HIV-ə (insanın immun çatışmazlığı virusu) yoluxma hallarının 19 faizi narkotik istifadəsi nəticəsində baş verib.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, bu ilin 9 ayı ərzində HIV-ə yeni 374 nəfərin yoluxduğu aşkarlanıb. Nazirlik bildirir ki, onlardan 365-i Azərbaycan vətəndaşıdır. Qeydiyyata alınan 365 yerli sakinlərdən 232-si kişi, 133-ü qadındır.

Bu dövr ərzində HIV infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının vəfat etdiyi bildirilir.

AIDS (QİÇS – qazanılmış immun çatışmazlıq sindromu) Azərbaycanda ilk dəfə 1987-ci ildə aşkarlanıb. O vaxtdan AIDS-lə Mübarizə Mərkəzində 5025 HIV-lə yaşayan insan rəsmi qeydiyyata düşüb. Onlardan 3642-si kişi, 1383-ü qadındır.

Ümumilikdə isə HIV infeksiyasından indiyə kimi Azərbaycanda 788 nəfərin vəfat etdiyi bildirilir.

Ekspertlər isə bu rəqəmlərə şübhə edirlər. Onların fikrincə, Azərbaycanda belə insanlar daha çoxdur.

AIDS diaqnozu, adətən, HIV-ə yoluxandan bir neçə il sonra-insanda ciddi xəstəlik yarananda qoyulur.

Ana səhifəXəbərlərSon 9 ayda 374 nəfər HIV-ə yoluxub