“Son 10 ildə Azərbaycanda 300, Bakıda 70 körpü tikilib”

Ziya Məmmədov qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib

Source:


Ziya Məmmədov qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib

Azərbaycanda 2014-cü ildə nəqliyyat sektoruna 2,5 mlrd. dollar sərmayə yatırılıb.



APA

-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Yol infrastrukturunun tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzusunda keçirilən tədbirdə nəqliyyat naziri

Ziya Məmmədov

 bildirib.

Nazir bildirib ki, nəqliyyat sahəsinə yatırılan investisiyalar bütün iqtisadiyyata yatırılan sərmayələrin 21 faizinə bərabərdir.

Z. Məmmədov qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib.

“Nəqliyyat sektorunda son 10 ildə daşımaların həcmi 5,7 faiz, sərnişindaşıma 3,7 faiz, tranzit daşınmalar 3,4 faiz artıb”, – deyə nazir qeyd edib.

Qurum rəhbəri əlavə edib ki, son 10 ildə respublika üzrə 11 min km yol, 300 körpü tikilib. Körpülərin 70-i Bakının ərazisindədir.

Ana səhifəXəbərlər“Son 10 ildə Azərbaycanda 300, Bakıda 70 körpü tikilib”